Sağlamlığımızın keşikçiləri

   Son zamanlar dünyanı ağuşuna almış, bir çox fəsadlar törədən və sürətlə yayılmaqda olan koronavirus bəlası ilə mübarizədə ən böyük yük, ən çətin vəzifə tibb işçilərinin öhdəsinə düşür. Hər yerdə karantin elan olunsa da, tibb işçiləri üçün gücləndirilmiş iş rejimi elan olunub. Bütün çətinliklərə sinə gərməklə, fasiləsiz çalışaraq əhalinin sağlamlığı naminə öz sağlamlıqlarını təhlükəyə atan tibb işçiləri son günlərin qəhrəmanlarına çevrilmişdir.

Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdə əvəzsiz rolu olan, xalqın sağlamlığının keşiyində şücaətlə dayanan, koronavirusla mübarizədə qəhrəmancasına səy göstərirən tibb işçilərinə 67 nömrəli tam orta məktəbin kollektivi adından təşəkkür edir, belə çətin, insanlıq üçün çox böyük əhəmiyyət kəsb edən işdə hər birinə uğurlar diləyirik.

Müəllimlər sağlam ruhlu cəmiyyəti, həkimlər isə sağlam bədənli cəmiyyəti yetişdirir.

Sağlam gələcək naminə çalışanlara eşq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi