"Qəhrəmanlar unudulmur" rubrikası I "b" sinfində

   Məktəbdə artıq ötən tədris ilindən həyata keçirilən bu layihə olduqca böyük əhəmiyyət kəsb edir. Siniflər adını daşıdıqları qəhrəmanı, onun ailəsini, döyüş tarixçəsini və qəhrəmanlıqlarını daha yaxşı öyrənir və öyrədirlər.

Layihənin növbəti icraçısı məktəbin ibtidai sinif müəllimi Təranə Şükürova olub. Onun rəhbərlik etdiyi I "b" sinfi Milli Qəhrəman Əlif Hacıyevin adını daşıyır. Şagirdlər adını qürurla daşıdıqları qəhrəmana həsr olunmuş tədbirdə səsləndirdikləri şeirlər, ifa etdikləri mahnı və nümayiş etdirdikləri səhnəciklə qonaqlara duyğulu anlar yaşadıblar.

Tədbirdə Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə Zeynalova iştirak edib. Şükufə xanım Əlif Hacıyev haqqında maraqlı məlumatlar verib və şagirdlərin suallarını cavablandırıb.

Sonda şagirdlər və tədbirdə iştirak edən müəllim kollektivi qonaqla birlikdə xatirə şəkli çəkdiriblər.

Əlif Hacıyev 24 iyun 1953-cü ildə Xocalı şəhərində anadan olub, 25 fevral 1992-ci ildə Xocalıda şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi