67 nömrəli tam orta məktəbdə təlim prosesi Fəaliyyət Planına uyğun davam etdirilir

   Məktəbin biologiya müəllimi Lətafət Səfərovanın təşkilatçılığı ilə VIII "ğ" sinfində "Böyrəklərimizi qoruyaq" mövzusuna həsr olunmuş nümunəvi dərs keçirilib. Dərs zamanı müxtəlif resurslardan istifadə edən müəllim sinfi kiçik qruplara ayıraraq mövzuya uyğun tapşırıqlar verib. Şagirdlər operativ şəkildə tapşırıqları yerinə yetirərək mövzu ətrafında müzakirələr aparıblar.

Dərsdə qonaq qismində məktəbin direktor müavinlərindən Ceyran Məmmədova və Gülnarə Bağırova, kimya-biologiya fənn metodbirləşmə rəhbəri, kimya müəllimi Məlahət Quliyeva və biologiya müəllimi Ruhiyyə Qafarova iştirak ediblər.

Sonda qonaqlar çıxış edərək mövzuya və dərsə münasibətlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi