Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgiyə start verilib

Mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgiyə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən sərginin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, onların bədii-estetik zövqünü və yaradıcı düşüncəsini inkişaf etdirməkdən ibarətdir.

Qeyd edək ki, hər il ulu öndərin anadan olmasının ildönümü ərəfəsində BŞTİ tərəfindən təşkil olunan ənənəvi sərginin bu il mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb.

Sərgidə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işləri idarənin rəsmi internet saytı və sosial şəbəkə səhifələri vasitəsilə sərgilənəcək. Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunacaq.

Virtual sərginin mayın 10-a kimi davam etdirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi