Yol hərəkəti qaydalarını bilmək həyat qurtarar

   Məktəbin Fəaliyyət Planına əsasən sinif təşkilat saatlarında şagirdlərə yol hərəkəti qaydaları öyrədilir.

İngilis dili müəllimi Sabrina Seydumovanın təşkilatçılığı ilə VI "h" sinfində sinif təşkilat saatı "Yol hərəkəti qaydalarını bilmək həyat qurtarar" mövzusuna həsr olunub. Müəllim rollu oyunlarla, iş vərəqləri və məntiqi suallardan ibarət yarış keçirməklə mövzunun şagirdlər tərəfindən tam mənimsənilməsini təmin etməyə çalışıb. Nümayiş etdirilən videoçarxda qadağanedici, xəbərdaredici nişanlar, yol hərəkəti qaydalarını əks etdirən görüntlər şagirdlərə təqdim olunub. Sinif rəhbəri tərəfindən qalib komandanın üzvlərinə hədiyyələr verilib.

Sonda məktəbin direktor müavini Məleykə Muradova çıxış edərək yol hərəkəti qaydalarını bilməyin nə dərəcədə önəmli olduğundan bəhs edib və dərsə münasibətini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi