Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər davam edir

Məktəbin bütün siniflərində Xocalı soyqırımı yad edilib. Növbəti tədbir ibtidai sinif müəllimi Səmayə Əhmədovanın təşkilatçılığı ilə II "e" sinfində keçirilib. Şagirdlərin çəkdiyi Xocalı soyqırımını əks erdirən rəsmlər xüsusi guşədə sərgilənib, şeir və mahnılar səsləndiriblər, səhnəcik nümayiş etdirilib. Həmçinin sinif müxtəlif məktəblərlə birlikdə həyata keçirilən “Xocalıya ədalət” layihəsinə qoşularaq videoçarx hazırlayıblar.
https://www.youtube.com/watch?v=E9qoQ_fc5Ic&feature=share