İbtidai siniflərdə Xocalı şəhidləri yad edilib

   Məktəbin IV "h" sinfində ibtidai sinif müəllimi Kristina Hacıyevanın təşkilatçılığı ilə "Xocalı harayı" adlı tədbir keçirilib. Tədbirdə şagirdlər Xocalı şəhidlərinə həsr olunmuş şeirlər səsləndirib, təsirli səhnəcik canlandırıblar. Həmçinin vətənpərvər ruhda mahnı ifa edib, flaşmob nümayiş etdiriblər. Müəllim tərəfindən hazırlanan videoçarx xüsusi marağa səbəb olub. Belə ki, videoçarxda hadisəni əks etdirən görüntülərlə yanaşı, şagirdlərin dünya ictimayətinə səslənərək Xocalı harayını çatdırmağa çalışması izləyənlərə duyğulu anlar yaşadıb.
Tədbirdə məktəbin direktor müavinlərindən Səbahət Ağayeva və Məleykə Muradova, ingilis dili müəllimi Sona Quliyeva və valideyn heyətinin nümayəndələri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi