28 illik sağalmaz yara

Məktəbin V-VII siniflərində Xocalı faciəsi böyük hüznlə yad edilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Tamilə Calalzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, şagirdlər tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib. Körpə ürəklərində böyük vətən sevgisi yaşadan məktəblilər canlandırdıqları səhnəciklə qonaqlara duyğulu anlar yaşadıb.
Sonda məktəbin direktor müavini Ceyran Məmmədova çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsinə görə iştirakçılara təşəkkürünü bildirib və Xocalı soyqırımı haqqında danışıb.