Gözü yaşlı Xocalımız

   Xocalı soyqırımından 28 il ötsə də xalqımız bu sağalmaz yaranı hər il eyni ağrı ilə xatırlayır.
Hər il insanlar soyqırım qurbanlarını yad etmək üçün “Ana harayı” abidəsini ziyarət edirlər.
Paytaxtın minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər saatlarından Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.
67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova kollektivin bir qrup üzvü ilə birlikdə anım mərasimində iştirak edib. Mərasimdə iştirak edənlər “Ana harayı” abidəsinin önünə əklil və qərənfillər qoyub, dualar oxuyub, faciə qurbanlarını dərin hüznlə yad ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi