Sabunçu rayonunda Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü münasibətilə tədbir keçirilib

   25 dekabr tarixdə Sabunçu rayonu Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müşaviri İsrafil Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı sakinləri, Bakı şəhəri rayonlarının Gənclər və İdman İdarələri və Gənclər Evlərinin rəhbər və işçi heyəti, rayonun təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, məktəblilər, tələbələr və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

İlk olaraq Sabunçu rayonunun məktəbliləri tərəfindən hazırlanan “Xocalı harayı" adlı rəsm sərgisinə baxış keçirilib. 67 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Fatimə Kosayevanın və Röya Süleymanlının əl işləri də rəsm sərgisində nümayiş etdirilib.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Sonda qonaqlar çıxış edərək öz fikirlərini səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi