Şəhid şəhər Xocalı

   Məktəbdə Xocalı soyqrımının 28 illiyinə həsr olunmuş tədbir keçirilib. "Şəhid şəhər Xocalı" adlı tədbirdə müəllim və şagirdlərin iştirakı ilə ədəbi-bədii kompazisiya nümayiş etdirilib. Tədbirdə məktəbin müəllim, şagird və valideyn heyətinin nümayəndələri ilə yanaşı, “Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin nəzarət-təftiş komitəsinin sədri, Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil, ehtiyatda olan polkovnik-leytenant Zahid Qarayev və Xocalı Özünümüdafiə Batalyonunun əsgəri Hüseynağa Quliyev iştirak ediblər. Xocalı soyqırımının canlı şahidi olan Zahid Qarayev və əsir düşmüş, sonra isə milli qəhrəman Allahverdi Bağırov tərəfindən iki övladı ilə birlikdə əsirlikdən xilas edilmiş Hüseynağa Quliyev faciənin təfərüatlarını və düşmənin amansızcasına, qəddarlıqla əsirlərə verdiyi işgəncələri danışdıqca zalda əyləşən qonaqlar gözyaşlarını saxlaya bilməyiblər.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinlərindən Ceyran Məmmədova və Məleykə Muradova, Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda TDM-nin metodisti Sədaqət Məmmədova və "Məktəblinin dostu" layihəsinin məktəbimiz üzrə rəhbəri Gülnar Babayeva sonda çıxış edərək tədbir haqqında öz fikirlərini səsləndiriblər.

Tədbirdə iştiraklarına görə Zahid Qarayevə və Hüseynağa Quliyevə “Üç əsrin şahidi" adlı kitab və təşəkkürnamə təqdim olunub və kollektivlə birlikdə xatirə şəkli çəkdirilib. Qonaqlarla söhbət çay süfrəsi arxasında davam etdirilib.

Tədbirin təşkilinə və qonaqların dəvət olunmasına görə ibtidai sinif müəllimi Təranə Əlisoya, təşkilati dəstəyə görə direktor müavini Səbahət Ağayevaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi