Tariximizi öyrənək və öyrədək

   Məktəbin fəaliyyət planına uyğun olaraq fənnlərin tədrisi vəziyyətinin yoxlanılması davam edir. VI siniflərdə tarix fənninin tədrisi vəziyyəti yoxlanılıb. Məqsəd şagirdlərin bilik və bacarıqlarını, fənnə olan marağını yoxlamaq, zəif şagirdləri aşkar edərək onlarla daha düzgün işin qurulmasını təmin etmək və istedadlı şagirdləri aşkar etmək olub.
Tarix müəllimi Arifə İsmayılovanın təşkilatçılığı ilə VI "a" sinfində möhtəşəm nümunəvi dərs keçirilib. Dərsdə müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqində ustalıq nümayiş etdirən müəllim sinfi kiçik qruplara bölərək qrup liderləri arasında "Breyn Ring" yarışması keçirib. Həmçinin qruplara ayrı-ayrılıqda müxtəlif tapşırıqlar verərək qrup üzvlərinin biliklərini yoxlayıb. Yarışmanın sonunda qaliblər müəllim tərəfindən müxtəlif tarixi kitablarla mükafatlandırılıb.
Dərsdə məktəbin direktor müavinlərindən Ceyran Məmmədova və Məleykə Muradova, tarix müəllimlərindən Məlahət Mirzəyeva və Gülşarə Rüstəmova iştirak ediblər. Qonaqlar sonda çıxış edərək keçirilən maraqlı dərs barədə öz fikirlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi