Sağlam gənclər sağlam gələcəyin təminatçısıdır

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, "Milli Təhsil Texnologiyaları Mərkəzi" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində "Sağlam Təhsil-Sağlam Millət" pilot layihəsinin tətbiqi həyata keçirilib.
Layihə çərçivəsində məktəbin V "a" və IX "ə" sinif şagirdlərinin sağlamlıqla bağlı müəyyən göstəriciləri yoxlanılıb. Şagirdlərlə yanaşı valideynlər də bu işə cəlb olunub və övladlarının sağlamlığı ilə əlaqəli sualları cavablandırıblar.
Layihənin icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Xuraman Səlimova məktəbdə qonaq olub və tibb bacısı Təranə Namazova ilə birlikdə şagirdləri müayinədən keçiriblər. Müayinənin nəticələrinə əsasən şagirdlərə və valideynlərə bir sıra məsləhətlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi