Ümumdünya Radio Günü

   Hər il fevral ayının 13-ü BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən Ümumdünya Radio Günü kimi qeyd edilir. Bu günün bayram elan edilməsinin ideya müəllifi İspaniya Radio Akademiyasının Prezidenti Horhe Alvaresdir. Onun bu ideyasına 2008-ci ilin yanvar ayında UNESCO tərəfindən dəstək verilmişdir. 2011-ci ildə isə İspaniyanın səfiri İon de lya Rivin rəsmi təklifi ilə Ümumdünya Radio Günü qeyd olunmağa başlanmışdır.
BMT-nin 14 yanvar 2013-cü il tarixli qərarı ilə hər ilin 13 fevral tarixi Ümumdünya Radio Günü qeyd olunur. Bu tarix, 1946-cı il fevralın 13-də “BMT radiosu”nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.
Ümumdünya Radio Günü münasibəti ilə bütün radio əməkdaşlarını təbrik edir, işlərində uğurlar diləyir, daima xoş xəbərlərlə xalqımızı sevindirməklərini arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi