"Qəhrəmanlar unudulmur" rubrikası IV "f" sinfində

   Məktəbdə artıq ötən ildən icra olunan, qəhrəmanlarımızı tanımağa və tanıtmağa xidmət edən layihə olduqca faydalı və tərbiyəvi əhəmiyyət kəsb edir. Ötən ildən bütün siniflərdə həyata keçirilən layihənin bu dəfəki icraçıları ibtidai sinif müəllimi Sevda Eminovanın rəhbərlik etdiyi IV "f" sinif şagirdləri olub. Onlar vətən sevgilərini şeirlərlə, mahnılarla, göstərdikləri səhnəciklə nümayiş ediblər.
Qeyd edək ki, Arif Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olub.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 43 yaşında Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında 26 sentyabr 2009-cu ildə vəfat edib.
Şəhidlərimizin ruhu şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi