"Qəhrəmanlar unudulmur" rubrikası IV "g" sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir.
7 fevral tarixində məktəbin Milli Qəhrəman Mübariz İbrahimov adına IV "g" sinif şagirdləri məktəbdə fəaliyyət göstərən Valideyn Müəllim Assosasiyasının təşəbbüsü ilə II Fəxri xiyabana yollanaraq qəhrəmanın məzarını ziyarət ediblər. Ziyarət əsnasında məktəblilər şəhidin məzarına gül dəstələri qoyub, dualar ediblər. Həmçinin vətənpərvər ruhda şeirlər səsləndiriblər və maraqlı kompazisiya nümayiş etdiriblər. Daha sonra sinif rəhbəri Şölə Vəliyeva qəhrəmanın məzarı üstə onun doğum günü münasibəti ilə çəkiliş aparan telekanallardan birinə müsahibə verərək məktəbdə həyata keçirilən layihə haqqında məlumat verib və bu layihənin şagirdlərin mənəvi inkişafında olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Xatırladaq ki, Mübariz İbrahimov 1988-ci il 7 fevral tarixində Biləsuvar rayonunun Əliabad kəndində anadan olub, 18 iyun 2010-cu il tarixində düşmənlə uzun sürən mübarizədən sonra qəhrəmancasına şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi