Ekoloji çirklənmə böyük təhlükədir

   Məktəbdə "Ekoloji çirklənmə və onun fəsadları" mövzusuna həsr olunmuş tədbir keçirilib.
Coğrafiya müəllimləri Şəhmir Mehdiyev və Qüdrət Məmmədova VIII siniflərdə son zamanlar böyük bəlaya çevrilmiş ekoloji çirklənməyə həsr olunmuş tədbir keçiriblər. Tədbir zamanı şagirdlərin təqdimatları nümayiş etdirilib, həmçinin mövzu ətrafında müzakirələr aparılıb və yaşadıqları mühitdə ekoloji çirklənmənin qarşısının alınması istiqamətində görülə biləcək işlər barədə fikirlər səsləndirilib.
Şəhmir Mehdiyev qeyd edib ki, ətraf mühitin çirklənməsi bütün dünya üçün çox böyük problemdir və qarşısı alınmazsa gələcəkdə böyük fəsadlara yol aça bilər.
Qüdrət Məmmədova isə çıxışı zamanı hər kəsin özündən başlamasının vacib olduğunu və ilk öncə özlərinin davranışlarında ekologiyaya ziyan vura biləcək halların qarşısını almağın zəruri olduğunu vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi