"Qəhrəmanlar unudulmur" rubrikası IX "ə" sinfində

   67 nömrəli tam orta məktəbdə "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirlər davam edir.
Məktəbin direktor müavini Gülnarə Bağırovanın təşkilatçılığı ilə IX "ə" sinfində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Nofəl Zahid oğlu Quliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qəhrəmanın həyatı, döyüş yolu və göstərdiyi şücayətlər haqqında məlumatlar səslənib, mahnı və şeirlər ifa olunub, videoçarxlar nümayiş etdirilib, qəhrəmanın ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qonaq olan məktəbin direktor müavini Məleykə Muradova çıxış edərək bildirib ki, şagirdlərin vətənpərvər ruhda yetişdirilməsində bu layihənin böyük önəmi var və bütün siniflər adını daşıdıqları qəhrəmanı yaxşı tanımalı, onun adını uca tutmalı və davranışlarında, gələcək həyatlarında müsbət keyfiyyətlərlə seçilən nümunəvi insan kimi formalaşmalıdırlar. Gülnarə Bağırova öz çıxışı zamanı qeyd edib ki, IX "ə" sinif şagirdləri adını daşıdıqları Milli Qəhrəman Nofəl Quliyevin ailəsi ilə daima əlaqə saxlayır və onun adına layiq olmaq üçün əllərindən gələni edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi