Fəaliyyət Planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirilib

   31 yanvar tarixində I yarımilin yekun nəticələrini müzakirə etmək məqsədi ilə növbəti Pedaqoji Şura iclası keçirilib. İclasda V və IX siniflərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqlərin nəticələri, həmçinin I-XI siniflərdə keçirilən məktəbdaxili monitorinqlərin nəticələri müzakirə olunub, zəif nəticə göstərən siniflər müəyyən olunub və problemin həlli yolları haqqında təkliflər dinlənilib. Daha sonra 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş "Azadlığa gedən yol" adlı kitab və videoçarx müsabiqəsində iştirak edən sinif və sinif rəhbərlərinə təşəkkür edilib və fərqlənən kitablar nümayiş etdirilib. Sonda II yarımildə qarşıda duran məsələlər qeyd olunub, pedaqoji heyətə lazımi tapşırıqlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi