Müəllim və valideynlər tərəfindən xeyirxah addım atılıb

   Məktəbin ibtidai sinif müəllimi Qəmər Ağayeva, III "h" sinfinin valideyn heyəti və direktor müavini Səbahət Ağayeva “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyində qonaq olublar. Qonaqlar sığınacaqdaki mühitlə tanış olub, ora pənah gətirən uşaqların və qadınların həyat hekayələrini dinləyiblər. Həmçinin 67 nömrəli tam orta məktəbin kollektivi tərəfindən toplanan yardımları sığınacaqda məskunlaşan qadınlara və uşaqlara təqdim ediblər.
Qeyd edək ki, Mehriban Zeynalovanın rəhbərlik etdiyi sığınacaqda həm uşaqlara, həm də qadınlara maddi, mənəvi və hüquqi yardım göstərilərək dəstək olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi