Məktəbdə növbəti layihə

   67 nömrəli tam orta məktəbdə növbəti layihəyə start verilib. "Ölkələri tanıyaq və tanıdaq" adlı layihəyə əsasən müxtəlif ölkələrin ərazisi, tarixi, mədəniyyəti, incəsənəti, adətləri və s. araşdırılmalı və həmin ölkə haqqında ədəbi-bədii kompazisiya hazırlanaraq tamaşaçılara təqdim olunmalıdır.
Məktəbin müəllimləri Elmira Bəxtiyarova və Ziyafət Məmmədovanın təşkilatçılığı ilə Özbəkistan haqqında möhtəşəm tədbir keçirilib. Tədbirdə şagirdlərin ifasında Özbəkistan haqqında şeir və mahnılar ifa olunub, rəqs və səhnəciklər nümayiş etdirilib.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru İradə Bayramova təşkilatçılara və iştirakçılara təşəkkür edib və təəssüratlarını tamaşaçılarla bölüşüb.

https://youtu.be/SccN5-e_R9k

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi