20 Yanvar hadisəsinin 30 illiyinə həsr olunmuş bilik yarışı

   14 yanvar tarixində IV sinif şagirdlərindən ibarət komandalar arasında 20 Yanvar hadisəsinin 30 illiyinə həsr olunmuş "Azadlığımız əbədidir” adlı bilik yarışı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin unudulmaması və gələcək nəslə ötürülməsini təmin etməkdir.
Yarışın sonunda qalib komandalar diplomla təltif olunub.
Qeyd edək ki, yarışın təşkilatçısı direktor müavini Səbahət Ağayeva, ona bu işdə yaxından kömək edənlər isə ibtidai sinif müəllimləri İlhamə Rzayeva və Səmayə Əhmədova olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi