Azərbaycan neft tarixinin canlı əfsanəsi

   Yanvarın 14-də tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış Xoşbəxt Yusifzadə əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.
Bu əlamətdar gündə Xoşbəxt Yusifzadəni 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edirik.
Vətənimizin inkişafında əvəzsiz xidmətləri olan şəxsiyyətlər dünənimizin tarixi, bu günümüzün gerçəyi, sabahımızın təməlidir. Xoşbəxt Yusifzadə də məhz belə dəyərli şəxsiyyətlərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi