Məktəbdə növbəti layihə

   67 nömrəli tam orta məktəbdə Ekologiya aylığı çərçivəsində sinifdaxili yarışlar təşkil olunub. Yarışın əsas məqsədi şagirdlərdə ətraf mühitə və canlılar aləminə qarşı marağın artırılması, ekologiyanı pozan amillərlə mübarizə üsullarının daha dərindən öyrənilməsini təmin etməkdir.
Məktəbin direktor müavini Məleykə Muradovanın təşkilatçılığı ilə VII siniflərdə keçirilən yarışda VII "ç" sinif şagirdləri Mehri Həsənli I yer, Vüqar Şirinov isə II yer tutaraq qalib olublar. Qaliblər müəllim tərəfindən diplom və hədiyyə olaraq kitabla mükafatlandırılıb.
Müsabiqədə uğur qazanan şagirdləri təbrik edir, daha böyük nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi