Kiçik tədqiqatçılarımızın böyük uğuru

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ibtidai siniflər arasında təşkil etdiyi “Kiçik tədqiqatçılar” müsabiqəsində iştirak edən və 67 nömrəli məktəbi təmsil edən “Üç əsrin şahidi” komandası fəal iştirakına görə tərifnamə ilə təltif olunub.
67 nömrəli tam orta məktəbin kiçik tədqiqatçıları böyük həvəslə “Təmiz ətraf mühit” mövzusunda tədqiqat işi aparıblar. Tədqiqat işinə ibtidai sinif müəllimi Arzu Mahmudova rəhbərlik edib. Tədqiqata yaşadıqları Sabunçu qəsəbəsindən başlayan balacalar qəsəbə sakinləri ilə görüşüb və sorğu anketləri doldurub, məktəbdaxili sorğu aparıb, ”Ətraf mühiti qorumağa özümüzdən başlayaq” şüarı ilə qəsəbəni gəzərək təbliğat aparıb, məktəbyanı torpaq sahəsini təmizləyərək ağac əkib, mövzuya uyğun məktəbdaxili rəsm müsabiqəsi və “Tullantıların geri dönüşümü” adlı əl işləri üzrə sərgilər təşkil etməklə yanaşı muzeylərə də ekskursiya ediblər.
Komanda üzvlərini və əməyi keçən hər kəsi təbrik edir, daha böyük nailiyyətlər arzu edirik.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi