Məktəbdə nümunəvi dərslər davam edir

  Məktəbdə Fəaliyyət Planına uyğun olaraq nümunəvi dərslər davam edir. Növbəti nümunəvi dərs Azərbaycan dili fənnindən Tamilə Calalzadənin təşkilatçılığı ilə keçirilib. VI "f" sinfində keçirilən dərsdə məktəbin direktor müavinləri Ceyran Məmmədova və Məleykə Muradova iştirak ediblər. Dərs zamanı sinif kiçik qruplara bölünüb. Müasir təlimin üsul və metodlarının tətbiq olunduğu dərsdə müəllim vaxt bölgüsünü də ustalıqla apararaq şagirdlərin qiymətləndirilməsinə zaman ayıra bilib. Mövzunun şagirdlər tərəfindən kifayət qədər mənimsənilməsi təmin olunub və standartların reallaşdırılmasında nöqsan aşkar olunmayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi