Nəsimi ilinə yekun vuruldu

   67 nömrəli tam orta məktəbdə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi 2019-cu ilin sonuna qədər təmtəraqla qeyd edilib. Şairin xatirəsinə həsr olunmuş inşa, şeir, mahnı və videoçarx müsabiqələri, bilik yarışları, seminar və diskussiyalar keçirilib. Nəsimi ili qəzəl müsabiqəsi ilə yekunlaşdırılıb. Müsabiqədə yaş məhdudiyyəti qoyulmadan iştirakçıların ifasında səslənən Nəsimi qəzəlləri dinlənilib, münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi