Şagirdlərdə vətənpərvərlik xüsusiyyətinin formalaşdırılması istiqamətində növbəti addım

   67 nömrəli tam orta məktəbdə milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması sahəsində aparılan işlər davam edir.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Abdulrəhimovanın təşkilatçılığı ilə "Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti. Qədim Azərbaycan dövlətlərinin bayraqları və digər rəmzləri" mövzusuna həsr olunmuş "Doğma diyarımın dünəni və bu günü" adlı tədbir keçirilib. Tədbirdə şagirdlərin ifasında vətəni tərənnüm edən şeir, mahnı və rep səslənib və səhnəcik nümayiş etdirilib.

Sonda mövzuya münasibət bildirmələri üçün qonaqlara söz verilib.

Qeyd edək ki, qonaq qismində məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Məleykə Muradova və Ceyran Məmmədova, coğrafiya müəllimi Nüşabə Əbilova və informatika müəllimi Təranə Əsədova iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi