Şagirdlərin asudə vaxtların səmərəli keçirilməsinin təşkili

   Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adina 62 nömrəli məktəb-liseydə şagirdlərdə ictimai aktivliyin artırılması, asudə vaxtların səmərəli keçirilməsinin təşkili və milli-mənəvi dəyərlərimizə hörmət hissinin formalaşdırılması məqsədilə klassik Azərbaycan filmləri səhnələşdirilib. Məktəbin 7 lt sinif şagirdləri unudulmaz " Qayınana " , " Ulduz ", " Böyük dayaq " və " Ögey ana " filmlərindən maraqlı replikalar, deyimlərlə dolu səhnələri canlandırıblar. 

   Tədbirin ikinci hissəsi möhtərəm prezidentimiz cənab İlham Əliyevin göstərişinə əsasən tarixi torpaqlarımızın təbliği məqsədilə keçirilmiş " Göyçəm mənim - doğma yurdum " adlı esse və təqdimat müsabiqəsinin yekununa həsr olundu. Qaliblər təntənəli surətdə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi