1Iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə bayram tədbiri keçirilmişdir. Tədbirin bədii hissəsində ilk olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Tullantılardan sənətə” adlı İDEA layihəsi əsasında hazırlanmış rəqs nömrəsi nümayiş olunmuşdur.
Ardınca Qərbi Azərbaycanın zəngin mədəni irsini tərənnüm edən milli yallılarımız təqdim edilmiş, şagirdlərimizin ifasında milli ruh yüksək səviyyədə əks olunmuşdur.
Tədbirin xüsusi hissəsində isə bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim konfransını əhatə edən bədii kompozisiya nümayiş etdirilmişdir. Bu kompozisiya vasitəsilə uşaqlarda ekoloji şüurun formalaşdırılması və ətraf mühitə qayğının təşviqi məqsəd qoyulmuşdur.
Bu bayram münasibətilə bütün balaca fidanlarımızı ürəkdən təbrik edir, onlara sağlam, firavan və xoşbəxt gələcək arzulayırıq!