Şəhidimizin Xatirəsi Ürəklərdə Yaşayır.

Bu gün məktəbdə şəhidimiz Əlsevər Əhədzadənin doğum günü münasibətilə keçirilən anım mərasimi qəlblərə dərin təsir bağışladı. Səhər görüşü şagirdlərin duyğulu çıxışları, səsləndirdikləri vətənpərvər şeirlər və mənalı mahnılarla yadda qaldı. Hər bir misrada, hər bir səsləndirilən notda Vətənə olan sevgi, şəhidə olan ehtiram hiss olunurdu. Gözlər yaşla dolsa da, baxışlarda fərəh və qürur oxunurdu.
Iştirakçılar arasında ən yadda qalan çıxış isə şəhidimizin anası – Dilbər Əhədzadəyə məxsus oldu. O, oğlunun şücaətindən danışaraq, göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirdi.
Bu mənalı anım bir daha sübut etdi ki, Vətən yolunda canından keçən qəhrəmanlarımız unudulmur.