FƏXRİMİZ

Quliyev Xalid Hüseynxan oğlu 1962 -ci il 9 sentiyabrda Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub.

Bakı şəhəri Nizami rayonu 62 saylı məktəbdə təhsil alıb.1980 -cı ildə Almaniyada hərbi xidmətdə olub.1982-ci ildə hərbi xidməti layiqincə başa vurub.1989-cu ildə Politexnik İnistitutuna daxil olub.İnistitutu oxuyarkən Xalq Təhsili Nazirliyinin nəzdindəki Təcrübə Sınaq zavodunda sex rəisi işləyib.Könüllü olaraq Daxili Qoşunların döyüşçü dəstəsinə üzv yazılmışdır.Ağdərədə gedən qanlı döyüşlərdə böyük şücaətlər etmişdir.Ağdərənin 6-kəndini yağı düşməndən azad etmək üçün əlindən gələn bütün qəhrəmanlıqları əsirgəməməmişdir. Naxçıvanik kəndi azad olduqdan sonra ən hündürlükdən Azərbaycan bayrağını məhz Xalid Quliyev sancmışdır.Sonuncu döyüşü Manikli kəndində olmuşdur.Kəndi azad etdikdən sonra,xəbər gəlir ki,üç əsgəriniz mühasirəyə düşüb.O, 1992-ci il,10 iyul tarixində Xalid Quliyev dərhal Brd-m sürəkli texnikasına əyləşərək dostlarının köməyinə yollanır və onları mühasirədən azad edib qayıdanda,yolda minaya düşərək həlak olur.Ölümündən sonra bir çox qazetlər,hörmətli müxbirlər onun qəhrəmanlıq şücaətləri barədə çox məqalələr dərc etdilər,şeirlər yazıldı.Vaxtı ilə təhsil aldığı Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseyi onun adına verdilər.Yaşadığı küçəyə Xalid Quliyevin adını verdilər. Azərbaycan Prezidenti İlham Əliyev Cənabları tərəfindən ölümündən sonra "Vətən uğrunda"  medalı ilə təltif olunub.Şəhid Xalid Quliyevin bir qız övladı yadigar qalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi