" Siz hələ mütaliə etmirsiniz ? "
Kitabxanalar xəzinədir .Bu xəzinəni oxucularla tanış etmək hər bir kitabxanaçının borcudur. Ədəbiyyat müəllimləri ilə əməkdaşlıq edərək hər bir şagirdi oxuya, mütaliəyə yönləndirməyə çalışırıq.
Məhz bu baxımdan bu gün 62 nömrəli məktəb-liseyin kitabxanasında " Siz hələ mütaliə etmirsiniz ? " layihəsi baş tutdu. Layihəni məktəb-liseyimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Arzu və 6b sinif şagirdləri həyata keçirdi. 2019- cu il " Nəsimi ili " olması ilə əlaqədar olaraq şagirdlərimiz layihəyə görkəmli şairimiz İmadəddin Nəsiminin şeirləri ilə başladılar. Arzu müəllim mütaliənin faydaları haqqında uşaqlarla müzakirə etdikdən sonra hər kəs oxuduğu kitabı təqdim etdi. Əsərlərin ideyası, müsbət və mənfi obrazların xüsusiyyətləri, alınan nəticə haqqında müzakirələr oldu.
Bu layihənin əhəmiyyətini qeyd edərək, mütaliənin insan həyatında daim önəmini vurğulayaraq şagirdlərimizlə növbəti layihədə görüşəcəyimizə ümid edirik.