23 Aprel - Dünya kitab və müəllif hüquqları günü
Azərbaycan Respublikası təhsil naziri Ceyhun Bayramovun hər il aprelin 23 -də "Oxu günü " tədbirinin keçirilməsi haqqında əmrinə əsasən bu gün X.Quliyev adına 62 nömrəli məktəb-liseyin 6 b sinif şagirdləri özlərinin şəxsi kitablarını toplayaraq məktəbdə " Oxu günü " təşkil etdilər.Tədbirin məqsədi şagirdləri oxuya təşviq etmək ,onların kitabsevərliyini artırmaqdı.Belə ki 6 b sinif şagirdləri həmçinin özlərinin yazdıqları kiçik həcmli əsərlərini də oxuculara təqdim etdilər.Onların bu təqdimatı müəllim və şagirdlər tərəfindən təqdirəlayiq qarşılandı.İnanırıq ki,şagirdlərimiz yeni təkliflərə imza atacaqlar.