Beynəlxalq kompüter layihələri olimpiadası " İnfomatrix Asia "
9-14 aprel 2019–cu il tarixlərində Qazaxıstanın Almata şəhərində paytaxt məktəblilərinin 17-ci beynəlxalq kompüter layihələri olimpiadası " İnfomatrix Asia " keçirilmişdir . Beynəlxalq dərəcəli yarışda dünyanın 28 ölkəsindən gəlmiş nümayəndələr iştirak edib. Müsabiqə iştirakçıları 186 layihə ilə birincilik uğrunda mübarizə aparıblar.
Yarışın finalı bir neçə mərhələdən ibarət olub. Azərbaycanın təqdimatı ,layihənin təqdimatı, proqramlaşdırma imtahanı, müxtəlif ölkələrin milli musiqilərinin nümayişi baş tutub.
Bakı şəhəri 62 nömrəli məktəb-liseyin şagirdləri proqramlaşdırma nominasiyası üzrə “Kimya əməkdaşlığı” (“Chemistry pal”) layihəsi ilə yarışa qatılıblar. Layihənin məqsədi şagirdlərin kimya fənninə olan marağını daha da artırmaq və onların bu sahədə biliklərinin təkmilləşdirilməsinə nail olmaqdır.
Nəticədə, 62 nömrəli məktəb-liseyin VIII sinif sagirdi Yusif Eyvazlı və X sinif şagirdi Nicat Dəmirçiyev bürünc medala layiq görülüblər.