Vətənin qəhraman oğulları

     03. 04. 2019- cu il tarixdə Bakı şəhəri Nizami rayonu X. Quliyev adına məktəb- liseydə şanlı Aprel döyüşlərinin ildönümü münasibətilə " Şəhidlər ölməz Vətən bölünməz " adlı dəirmi masa keçirildi. Dəirmi masada məktəb rəhbərliyi, tarix müəllimləri və şagirdlər habelə Nizami rayon YAP- nın nümayəndələri iştirak etdilər. Dəirmi masa öz  işinə şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad edərək, milli himnin oxunması ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəb direktoru M. Cabbarlı Aprel döyüşləri və onun tarixi əhəmiyyəti haqqında danışdı. Daha sonra məktəbin tarix müəllimləri və şagirdlər dövlətimizin düşmən üzərindəki böyük hərbi və siyasi zəfəri olan Aprel döyüşləri barədə maraqlı faktlara toxundular. Müəllim şagird əməkdaşlığı formatında keçən tədbir iştirak edən qonaqlar tərəfindən müsbət qarşılandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi