"Topal Teymur" tamaşası . 62 nomreli məktəb-lisey.

Dünən , yəni martın 5-də axşam saat 19-00 da Akademik Milli Dram Teatrında "Əmir Teymur" tamaşasına baxdıq. Məktəbimizin 7-8-9 cu sinif şagirdləri və müəllim kollektivi çox böyük həvəslə bu tədbirdə iştirak etdik. Tamaşa tarixi bir əsər olduğundan tarix və ədəbiyyat müəllimləri də bizimlə idi. Əsər maraqlı olduğu qədər, tamaşanın quruluşu da çox gözəl idi. Professional rejissor və aktyor işi tamaşanı uğurlu etmişdi. Nurəddin Mehdixanlı və ümumi truppa çox böyük professionallıq göstərdilər. Biz bu axşamkı tədbirdən zövq aldıq. Belə tədbirlərin şagirdlərin təfəkküründə və zövqlərinin formalaşmasında böyük əhəmiyyətini nəzərə alaraq,davamlı olması üçün çalışacağıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi