Valideyinlərlə bir gün

" Valideyinin məktəbdə bir günü" layihəsi çərçivəsində məktəbimizdə tədbir keçirildi. Belə tədbirlərdə valideyn- məktəb əməkdaşlığı və bir- birini qarşılıqlı olaraq dəstəkləməsi şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir. Valideynlər məktəbin kitabxanası, yeməkxanası, sinif otaqları, idman meydançası, akt zalı, laboratoriyalar, məktəb bağçası boyunca gəzərək məktəb mühiti ilə tanış oldular. Valideyn - şagird - müəllim və məktəb rəhbərliyi arasında əməkdaşlıq birgə qərarların qəbul edilməsinə, hər bir iştirakçının rəylərini, təkliflərini əldə etməyə, kollektiv şəkildə fəaliyyətlər icra etməyə və fərd olaraq öhdəliklər götürməyə imkanlar yaradır.