Xocalı-qan yaddaşımız

Fevral ayının 26- da əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı faciəsinin 27- ci ildönümü 62 nömrəli məktəbdə dərin hüzn və böyük kədər hissi ilə yad edildi. Faciənin qurbanlarını bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım mərasimi şagirdlərin bu mövzuya həsr etdikləri ədəbi bədii kompozisiya ilə davam etdirildi. Şagirdlər öz təqdimatlaı ilə faciənin dəhşətini yaşamış insanların hisslərinə şərik olduqlarını, şəhidlərin əziz xatirəsini əbədi olaraq qəlblərində yaşadacaqlarını nümayiş etdirdilər.
Heç nə unudulmur, heç kəs yaddan çıxmır! İnanırıq ki, faciənin günhkarları öz cəzalarına mütləq çatacaqlar! Allah şəhidlərimizə rəhmət eləsin!