Muzeydə Dövlət bayrağımıza həsr olunmuş tədbir keçirilib

 

Milli Azərbaycan Tarixi Muzeyində yetişməkdə olan gənc nəslin maariflənməsi, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində ümumtəhsil ocaqlarında Muzeyin tarixçi alimləri ilə görüşlər keçirilir. Bu görüşlərin nəticəsi kimi mütəmadi olaraq Muzeydə tarixi əlamətdar günlərə həsr olunmuş tədbirlər təşkil edilir.
Növbəti tədbir, Azərbaycan Respublikası Dövlət bayrağının 100 illiyinə həsr olunmuş  “ Milli bayrağımız , milli kimliyimizdir ! ” mövzusunda keçirilib. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi - kütləvi iş şöbəsi , Nizami rayonu 62 nömrəli məktəb-liseyi və  “ Pətək ” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi ilə birgə təşkil olunub. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, məktəblilər, KİV nümayəndələri və Muzey əməkdaşları iştirak ediblər. 
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Azərbaycanın müstəqilliyini təcəssüm etdirən rəsmi dövlət rəmzlərinə göstərilən diqqət və ehtiramdan danışmış, Muzeydə mühafizə olunan bayraqlar haqqında ətraflı məlumat vermişdir. 
Daha sonra Nizami rayonu 62 nömrəli məktəb - liseyin şagirdlərinin ifasında “ Milli bayrağımız, milli kimliyimizdir ! ” adlı bədii - kompozisiya göstərilib. 
Sonda Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Səkinə Ağalarova və  “ Pətək ” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyinin sədri Sevinc Əsgərova bu kimi maarifləndirici tədbirlərin məktəblilərin Azərbaycan tarixi irsini öyrənməsi istiqamətində göstərdiyi önəmindən danışıb. Bu tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Muzey rəhbərliyinə təşəkkürlərini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi