" Salam , Şuşa ! " Təhsilə dəstək layihəsi
Nəsimi və Nizami rayon məktəbləri ilə Şuşa rayon təhsil ocaqlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi və Nizami rayon təşkilatlarının partiyanın Şuşa rayon təşkilatı ilə əməkdaşlığı çərçivəsində bu rayonun Bərdənin Həsənqaya kəndindəki 18,Şirvanlı kəndində yerləşən 19 və cəbhə bölgəsi olan Ağdamın Mirzələr qış yatağındakı 21 saylı orta məktəblərini himayəyə götürməklə bağlı layihənin həyata keçirilməsinə başlanıb.
Nəsimi və Nizami rayon məktəbləri ilə Şuşa rayon təhsil ocaqlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi və Nizami rayon təşkilatlarının partiyanın Şuşa rayon təşkilatı ilə əməkdaşlığı çərçivəsində bu rayonun Bərdənin Həsənqaya kəndindəki 18,Şirvanlı kəndində yerləşən 19 və cəbhə bölgəsi olan Ağdamın Mirzələr qış yatağındakı 21 saylı orta məktəblərini hamiliyə götürməklə bağlı layihənin həyata keçirilməsinə başlanıb.
Qeyd edək ki,layihənin məqsədi həmin məktəblərlə əməkdaşlıq etmək,təhsil təcrübəsini bölüşdürülməsi ilə bərabər qaçqın və məcburi köçkünlərlə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə eyni zamanda respublikamızın Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra olunan layihələrə dəstək vermək,qaçqın və məcburi köçkünlərin dayağı olmaqdır.
Bu məqsədlə sentyabırın 23 - də YAP Nəsimi və Nizami rayon təşkilatlarının sədrləri,Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva həmçinin qarşılıqlı əlaqələrin qurulmasında iştirak eden Nəsimi rayonu 247 saylı tam orta məktəbin direktoru Nihal hacıyeva,Nizami rayonu 62 saylı liseyin direktoru Mətanət Cabbarlı və partiya fəalları,ictimaiyyət nümayəndələri " Salam , Şuşa ! " devizi ilə Bərdə və Ağdam rayonlarına səfər ediblər.
Səfər zamanı sözü gedən məktəbin kollektivləri ilə görüşlər keçirilib,qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşlərdə YAP Şuşa rayon təşkilatının sədri , rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev də iştirak edib.