5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü
5 iyun BMT-nin ətraf mühitin təmizlənməsi günü kimi qeyd olunur.Bununla əlaqədar olaraq Socarın Ekologiya idarəsi məktəb-liseyimizdə ekoloji problemlərlə bağlı tədbir keçirmişdir.Tədbirdə Socarın ekologiya müdiri Əflatun Həsənov,şöbə müdiri Fizuli Nəcəfov,BŞTİ-nin nümayəndəsi Sevinc Əzimzadə də iştirak etmişdir.Qonaqlar məktəbimizin həyətində müəllim-şagird heyətinin iştirakı ilə tullantı materiallarından hazırlanmış əşyaların sərgisinə və uşaqların rəqsinə tamaşa etdilər.