Nağıl terapiyası

12.02.2018-ci il tarixində məktəb-liseyimizdə ibtidai-sinif təşkilat saatlarında uşaqların cəmiyyətə inteqrasiyası,onların yaradıcılıq qabiliyyətlərinin inkişafı,düşüncələrin genişlənməsi üçün "Nağıl terapiyası" təşkil olunmuşdur.Şagirdlərimizi,uşaq psixologiyasında və onların şəxsiyyət kimi formalaşmasında,nitqlərinin inkişafında və davranışlarının formalaşmasında öz mənfi təsirini göstərən cizgi filmləri və kinolardan qismən də olsa onları uzaqlaşdırmaq üçün artıq məktəbimizdə kino klubu yaradılıb.Burada azyaşlı körpələrimizə Azərbaycan nağılları və Azərbaycan kinoları göstəriləcəkdir.Terapiyanın məqsədlərindən biri də şagirdlərimizə doğma dilimizi sevdirmək,onu yad təsirlərdən qorumaqdır.İlk addımlarımız şagirdlərin çox böyük marağına səbəb oldu.