9 noyabr "Bayraq Günü "

Bayraq Günü münasibətilə bu gün məktəbin səhər sıra duruşu zamanı şagirdlərin hazırladığı təqdimat nümayiş olundu.9c sinifinin 3 rəngli qumaşdan hazırladığı ay ulduzlu bayraq qaldırıldı.Şagirdlər əvvəlcə 3 sıraya düzülərək bayrağın rənglərini əllərində hazırladılar.Sonra Ü,Hacıbəyovun "Koroğlu uvertürasının"sədaları altında bir-bir göy qırmızı yaşıl rənglər ucaldıldı.Daha sonra şagirdlər tərəfindən Ə.Cavadın "Al Bayrağa" və C.Cabbarlının "Azərbaycan bayrağı "şeirləri səsləndirildi.Məktəbimizin 2 d sinif şagirdi Əsədova Gülayın rəsim sərgisinə də baxış keçrildi və bu sərgi şagirdlər və müəllimlər tərəfindən maraqla qarşılandı.Sonda 5 a sinif şagirdi Xəlilova Nəzrin "Azərbaycan" mahnısı ilə tədbirə yekun vurdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi