"Ədəbiyyat aylığı"davam edir

"Ədəbiyyat aylığı"məktəbimizdə davam edir.Belə ki,06.11.2017-ci il tarixdə məktəb kitabxanasında M.P.Vaqifin 300 illik yubleyi ilə əlaqədar olaraq 8,9 və 10 -cu siniflərin iştirakı ilə tədbir keçrildi.Tədbirdə şagirdlər şairin həyat və yaradıcılığı ilə bağlı təqdimat etdilər,şeirlərindən nümunələr söylədilər.10-cu sinif şagirdləri isə S.Vurğunun böyük şairə həsr etdiyi "Vaqif"dramından səhnələşdirdikləri bir səhnəni nümayiş etdirdilər.