Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu

Oktyabrın 23-də "Gənclərin mənəvi-əxlaqi tərbiyəsində vəvətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu" mövzusunda 62 №-li məktəb-liseydə görüş keçrilib.Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dünya Azərbaycanlılarının Vətənpərvərləri" İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin roluna dair tədbirlərin keçrilməsi "layihəsi çərçivəsində baş tutub.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Cabbarlı islam həmrəyliyi haqqında şagirdlərə geniş informasiya verərək,eyni zamanda bildirib ki,ölkə başçısı tərəfindən bu istiqamətdə mühüm işlər görülür.Prezidentimizin qlobal səviyyədə İslam həmrəylik ideyası digər səmavi dinlərlə sülh naminə birliyə çağırışı ehtiva edir.Daha sonra çıxış edən "Dünya Azərbaycanlılarının vətənpərvərləri" İctimai Birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.Təşkilat rəhbəri əlavə edib ki, tolerantlıq ənənələrimizin,mədəni-mənəvi irsimizin təbliğində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.Ölkənin 1-ci vitse - prezidenti Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir.Daha sonra çıxış edən "İnformasiya Təşəbbüslərinə dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki,hazırda müxtəlif cinayətkar qruplar və digər güc mərkəzləri dini və digər adlar altında sülhə təhlükələr yaradır. Eyni zamanda dünyada bu gün hökm sürən ikili standartlar Azərbaycana münasibətdə qabarıq biruzə verilir.Daha sonra tədbir diskusiyalarla davam edib.Tədbirdə fəallıq göstərən şagirdlərə fəxri fərmanlar təqdim edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi