Müstəqilliyimiz əbədidir
Od ürəkli,od nəfəsli diyarımsan Ocağına canım qurban,Azərbaycan!Əzilsən də,əyilməyən vüqarımsan Bu çağına canım qurban,Azərbaycan!XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və talehin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikə ikinci dəfə müstəqillik bayrağını qaldırıb.Bu,xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil,suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.Bu gün hər bir azərbaycanlının hörmət etdiyi,qürurla bəhs etdiyi dövlət rəmzlərimiz haqqında qanunlar bərpa olunandan sonra qəbul edilib.Müasir Azərbaycanın inkişafı,müstəqilliyimizin əbədi və dönməzliyi ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.Prezidentimiz İlham Əliyev də onun siyasətini uğurla davam etdirir.Azərbaycan xalqı,onun müstəqilliyi əmin əllərdədir.Hər birinizin bayramı mübarək olsun,əziz yurddaşlarımız!Bu gün məktəbin 10c sinfində dərslərdən biri kitabxanada dəyirmi masa ətrafinda bu mövzuya həsr olundu.