5 oktyabr "Beynəlxalq Müəllimlər Günü"

"Atam məni göydən yerə endirdi,müəllimim isə yerdən göyə qaldırdı".Makedoniyalı İskəndərBu gün bütün dünyada olduğu kimi ölkəmizdə də hörmətli müəllimlərimiz üçün əziz bir gündür.Müəllim adını şərəflə daşıyan , bu adın dəyərini layiqincə qoruyan müəllimlər öz peşə bayramlarını qeyd edirlər.İnsanlara elm qapısını açan ,onlara əsl vətəndaş olağı öyrədən müəllimlərimiz ən gözəl təbriklərə layiqdirlər.Ümummilli liderimiz Heydər Əliyev də rəhbərlik etdiyi bütün dövrlərdə müəllimə dərin hörmət və ehtiramla yanaşmış ,onlar haqqında fikirlərini belə ifadə etmşdir."Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdriklik və səbrlə bizə öyrətmişdir"Əziz, fədakar ,zəhmətkeş müəllimlərimiz!Hər birinizi bu gözəl gün münasibətilə təbrik edir, cəmiyyətimiz üçün faydalı insanlar yetişdirmək yolunda uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi