Məktəb-liseyimizin açılışı
Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçrilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.Məktəbdə 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından ,hərbi təlim sinifindən, idman və akt zalından, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1964 -cü ildən fəaliyyət göstərir .Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təstiq edilmiş 2014-2016 cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramına əsasən aparılıb.Bina müasir səviyyədə əsaslı təmir olunub.Təhsil müəssəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrdir.984 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb.Tədris müəsissəsi lazımi avadanlıqlarla tam təchiz olunub.Dövlətimizin başçısı məktəb-liseydə yaradılan Sağlam təhsil-sağlam millət lahiyəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil.Ulu öndər Heydər Əliyevin də dediyi kimi ,təhsil millətin gələcəyidir.Son illər bu istiqamətdə görülən tədbirlər tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir mətəb binalarının inşası prosesini daha da surətləndirib.Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol, voleybol və basketbol meydançalarında da əsəaslı yenidənqurma işləri görülüb.Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.