Ana dili günü

Ana dili hər bir xalqın milli varlığının, mədəniyyətinin və mənəvi dəyərlərinin ayrılmaz hissəsidir. İnsan dünyanı ilk dəfə ana dili vasitəsilə tanıyır, duyğularını bu dildə ifadə edir və bu dildə düşünür. Dil bir millətin ruhu, tarixini yaşadan ən qiymətli xəzinəsidir. müxtəlifliyini qorumaq və ana dillərinin yaşamasına dəstək olmaqdır. Təəssüf ki, hər il yüzlərlə dil yox olma təhlükəsi ilə üz-üzə qalır. Bir dili yaşatmaq isə o dildə danışmaq, onu qorumaq və gələcək nəsillərə ötürməkdən keçir.
Ana dilimizi sevmək, onu qoruyub inkişaf etdirmək hər birimizin borcudur. Gəlin, dilimizə sahib çıxaq, onun saflığını qoruyaq və gələcək nəsillərə ərmağan edək! Çünki ana dili yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın milli kimliyinin, tarixinin və mədəniyyətinin güzgüsüdür.